İsraildə neft emalı zavodunda yanğın başlayıb

İsrailin Hayfa şəhərində Bazan neft elamı zavodunda yanğın baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə The Jerusalem Post qəzeti Ətraf Mühitin Qorunması Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, zavodda yanğın borunun zədələnməsi nəticəsində baş verib. Yanğın və xilasetmə briqadaları alovu lokallaşdırmağı bacarıb.


Zavodun fəaliyyətinin dayandırıldığı bildirilib. Xəsarət alanlar barədə məlumat verilməyib.