İsraildə koronavirusa daha 523 yoluxma halı qeydə alınıb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 523 nəfər yoluxub.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 831 906 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 816 115 nəfəri sağalıb, 6 183 nəfəri isə vəfat edib.