İsrail xarici ölkələrə havayolu uçuşları tam dayandırdı

İsrail xarici ölkələrə havayolu uçuşları tam dayandırdı

İsrail hökuməti pandemiya səbəbindən ölkədən xaricə uçuşları qadağan edib.

Bu barədə İsrailin Nəqliyyat naziri Miri Reqevə məlumat yayıb. Nazir bildirib ki, 25 sentyabradək biletləri olanların ölkədən çıxışına məhdudiyyət qoyulmur. Ancaq sonrakı tarixlərə olan biletlərin istifadəsinə icazə verilməyəcək. Bununla belə, xaricdəki İsrail vətəndaşları ölkələrinə məhdudiyyətsiz qayıda bilərlər.

Qeyd edək ki, İsrail sentyabrın 18-dən başlayaraq 3 həftə müddətində sərt karantin rejimini yenidən bərpa edib. İki həftə sinaqoqlar, bazarlar bağlı olacaq, ictimai nəqliyyat marşrutlarının sayı azaldılacaq.