İsrail Qəzza zolağından raket atəşinə tutulub

Qəzza zolağından İsrail İsrail istiqamətində üç roket atılıb, onlardan ikisi hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti “Twitter” səhifəsində bildirib.

Məlumatda deyilir: “Qəzza zolağında terrorçular tərəfindən İsrailə üç raket atılıb: iki raket “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib, bir buraxılış uğursuz olub və raket Qəzzada partlayıb”.


Qeyd edilir ki, aprelin 23-dən 24-ə keçən gecə 2020-ci ilin fevralından bəri İsrail əleyhinə ən güclü raket hücumu baş verib, bir gündə Qəzzadan yəhudi dövlətinə təxminən 80 mərmi atılıb.