İsrail prezidenti seçkilərin yekunları üzrə baş nazir vəzifəsinə namizədi açıqlayacaq

İsrail prezidenti Reuven Rivlin bu gün martın 23-ü növbədənkənar parlament seçkilərindən sonra ölkə hökumətini qurmağı tapşıracağı 24-cü çağırış Knesset deputatının adını açıqlayacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə R.Rivlinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: “Prezident aprelin 5-i 24-cü çağırış Knessetə seçilmiş bütün partiyaların nümayəndələri ilə məsləhətləşmələr keçirib. Prezident hökumətin qurulmasını həvalə edəcəyi namizədlə bağlı qərarını aprelin 6-sı elan edəcək”.