İsrail ordusu Qəzzanı yenə bombaladı

İsrail ordusu Qəzzanı yenə bombaladı

İsrail ordusu mühasirəyə alınmış Qəzza zolağındakı Həmas məntəqələrini artilleriya ilə bombalayıb.

İsrail ordusunun “Twitter” hesabında verilən açıqlamada Həmasa aid bəzi müşahidə nöqtələrinin artilleriya atəşinə tutulduğu bildirilib. Həmçinin qeyd olunub ki, hücum Qəzzadan İsrailə yanğın törədən şarların atılması və təhlükəsizlik hasarının yaxınlığında baş verən hadisələrə cavab olaraq edilib.

Hücumda ölən və ya yaralananların olub-olmadığı ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, çərşənbə günündən etibarən İsrail ordusu Qəzzadakı Həmasa məxsus bəzi nöqtələri hədəf alır.