İsrail hərbçiləri Livandan ölkənin hava məkanına daxil olan dronu vurublar

İsrail Müdafiə Qüvvələri hərbi qulluqçuları Livandan ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurublar.

AzerTimes-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub: “Bir müddət əvvəl İsrail hərbi qulluqçuları “mavi xəttin” şərq hissəsində Livandan İsrailin hava məkanına daxil olan pilotsuz uçuş aparatını vurublar”.