İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda daha bir qızıl medal qazandı

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda fərdi proqramda gürzlərlə hərəkətlərdə İsrail gimnastı Linoy Aşram qızıl medal qazanıb.

AzerTimes-ın məlumatına görə, idmançı 27.800 xal toplayıb.

İkinci yerdə 27.400 xal toplamış bolqarıstanlı Boryana Kleyn, üçüncü yerdə 27.150 xalla Rusiya gimnastı Lala Kramarenko qərarlaşıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü və son günü davam edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: