İspaniyada zəlzələ nəticəsində 1 nəfər xəsarət alıb

İspaniyanın Qranada əyalətində (Əndəlüs muxtar icması) 4,4 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, zəlzələ nəticəsində Atarfa bələdiyyəsinin bir sakini xəsarət alıb, bir neçə binaya zərər dəyib.


Bildirilir ki, zəlzələ ilə əlaqədar fövqəladə yardım xidmətlərinə 75 dəfə zəng edilib.