İspaniyada avtomobil barın terasına çırpılıb, çox sayda xəsarət alan var

İspaniyanın Marbelye şəhərində avtomobil barın terasına çırpılıb.

AzerTimes-ın “La Vanguardia” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 9 nəfər xəsarət alıb.

Məlumata əsasən, avtomobilin sürücüsü polislər tərəfindən saxlanılıb. Onun 30 yaşlı İspaniya vətəndaşı olduğu qeyd edilir.


Hazırda insidentin səbəbi araşdırılır.