Ispaniya La Liqası: “Barselona” ​​çempion olmaq şansını itirib

“Barselona” futbol klubu İspaniya çempionatının 37-ci turunun oyununda doğma meydanında “Selta”nı qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun “Barselona”nın 1:2 hesablı məğlubiyyət ilə başa çatıb.

“Selta”nın heyətində Santi Mina dubla imza atdı (38-ci və 89-cu dəqiqələr). “Barselona”dan yeganə qolu Lionel Mesib vurub (28).


​​”Barselona” 37 oyunda 76 xal toplayaraq İspaniya çempionluğunu qazanma şansını itirdi. Klubu turnir cədvəlində üçüncü yerdədir.

Teqlər: