İspaniya Kuboku: “Atletik” klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub

“Barselona” futbol klubu İspaniya Kubokunun finalında “Atletik”i məğlub edib.

AzerTimes-ın məlumatına görə, 4:0 hesabı ilə yekunlaşan oyun Sevilyada keçirilib.

Qolları Antuan Qrizmann (60-cı dəqiqə), Frenkie de Yonq (63) və Lionel Messi (68, 72) vurub.

“Atletik” bir ay ərzində İspaniya kubokunun ikinci finalında məğlub oldu. Aprelin 3-də Bilbao komandası 2020-ci il ölkə kubokunun finalında “Real Sosiedad”a məğlub oldu. Koronavirus pandemiyası səbəbindən bu matç təxirə salınıb, görüş 18.04.2020 tarixində keçirilməsi nəzərdə tutulmuşdu.

Teqlər: