İsmayıllıda qaydaları pozan piyadalar məsuliyyətə cəlb edilib (FOTO)

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi, onların maarifləndirilməsi məqsədi ilə növbəti nəzarət-profilaktik tədbir keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla izahedici söhbətlər aparılıb. Həmin şəxslərə yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və xəbərdarlıq olunub. Edilən xəbərdarlıqlara baxmayaraq analoji qayda pozuntusuna yol verənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Teqlər: