İsmayıllıda parklanma qaydalarını pozan sürücülər cərimələnib (FOTO)

Xəbər - Samir Əli – Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də səkilərdə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları həmin sürücülərlə izahedici söhbətlər aparıb, bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğunu onların diqqətinə çatdırıb.


Həmin avtomobil sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Teqlər: