İsmayıllıda baş verən yanğın meşə sahəsinə keçib

Xəbər - Çingiz Səfərli – Trend:

Bu gün axşam saatlarında İsmayıllı rayon Keyvəndi bələdiyyəsinə məxsus örüş sahəsində baş verən yanğın sonradan meşəyə keçib.

AzerTimes-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, hazırda bütün qüvvələr və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar.


Teqlər: