İşi rahatlaşdıran Zivella kresloları

Zivellanın ev ofisləri üçün dizayn edilmiş Mira, Eta və Tunn ofis kresloları erqonomikliyi, rahatlığı və zərifliyi ilə seçilir.

Evdə və ya ofisdə səmərəli işləməyin vacib məqamlarından biri də iş kreslolarıdır.İş kreslolarının erqonomik olması, həm kürəyi həm də yaxşı duruşu dəstəkləmələri çox vacibdir. Bu meyarları nəzərə alaraq rahat iş kresloları dizayn edən Zivella, evdə və ya ofisdə işləməyi sağlam hala gətirir.

Eta

Rahatlıq və dizayn istəyənlər üçün istehsal olunan Eta iş kreslosu, sinxron mexanizmi və hündürlüyə görə tənzimlənən qol quruluşu ilə ev daxil olmaqla bütün iş sahələri üçün erqonomik bir həll təqdim edir.

Mira

Gündəlik sıx istifadə üçün dizayn edilmiş Mira iş kreslosu həm də sağlamlığı ilə diqqət çəkir və ev daxil olmaqla bütün iş sahələri üçün rahat bir həll təqdim edir.

Tunn

Zərif və erqonomik bir quruluşa sahib olan Tunn ofis kreslosu həm evdə, həm də iş yerlərində işləməyi əyləncəli hala gətirir.

Zivella haqqında: Zivellanın dizayn səyahəti 1999-cu ildə ofislərin, yeni nəsil iş sahələrinin və məkanların dəyişən ehtiyaclarına yenilikçi və insani həllər təqdim etmək məqsədi ilə başladı. İstanbulda yerləşən fabrikində istehsal edən Zivellanın ölkə daxilində Ankara, Antalya, İstanbul, İzmir, Konya və Rizedə, xaricdə isə Azərbaycan və İngiltərədə ümumilikdə səkkiz mağazası var. İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Hollandiya, Belçika, Lüksemburq, Misir və Səudiyyə Ərəbistanında nümayəndəlikləri olan Zivella, 37 ölkəyə ixracat həyata keçirir. Dünyaca məşhur dizaynerləri, dizayn qrupu və 200 nəfərlik heyəti ilə Zivella, dizayn etdiyi hər məhsulda estetik, keyfiyyət və orijinal dizayn anlayışını üst səviyyəyə gətirməyə və mövcud olan hər sahədə mükəmməlliyə nail olmağa çalışır.

Teqlər: