İşğaldan azad olunmuş ərazilərdə yeni su anbarları tikiləcək – Nazir müavini

Xəbər - Samir Əli – AzerTimes:

İşğaldan azad olunmuş ərazilərdə yeni su anbarlarının tikilməsi, mövcud anbarların təmir olunması ilə bağlı işlər aparılır.

AzerTimes-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.


Nazir müavini bildirib ki, ölkəmizdə suya qənaət edən texnologiyalar tətbiq olunur: “Abşeron yarımadasında 5 min hektara yaxın ərazi damcı suvarma ilə sulanır. 2 min hektara yaxın ərazi isə çirkab sularının təmizlənməsindən alınmış sularla suvarılır. Bu təcrübə Bayıl və Badamdar ərazisində yerləşən çirkab sularının təmizlənməsi vasitəsilə aparılır”.

Teqlər: