İşğaldan azad olunan ərazilərdəki yasaqlıqların sayı açıqlanıb

Xəbər - Samir Əli – Trend:

İşğaldan azad olunmuş ərazilərdə 6 mühafizə olunan ərazi – Laçın, Qubadlı, Arazlı və Daşaltı yasaqlığımız var.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xüsusi mühafizə olunan ərazilərə böyük ziyan dəyib: “Dəymiş ziyan hesablanılır. Bəsitçayla bağlı monitorinq işləri aparılır. Minalardan təmizlənmiş ərazilərdə monitorinqlər mütəmadi olaraq davam edilir”.


Nazir müavini qeyd edib ki, Azərbaycan tərəfindən beynəlxalq təşkilatlara müraciətlər olunub: “Lakin heç bir işə reaksiya yoxdur. Dünyanın hansısa ölkəsində bir heyvana zərər vurulursa, bununla bağlı dərhal reaksiya verilir. Lakin 30 ilə yaxındır ki, Qarabağda baş verənlərlə bağlı məsələ qaldıran yoxdur. Bütün çətinliklərə baxmayaraq, haqq səsimizi qaldırıb, haqlı mövqeyimizi müdafiə edəcəyik”.

Teqlər: