İraqın şimalında türk əsgəri şəhid olub, daha biri yaralanıb

İraqın şimalında PKK terrorçularının açdığı atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub, daha biri yaralanıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Terrorçular Türkiyə ordusunun “Pençe-Şimşek” antiterror əməliyyatının keçirdiyi bölgəsini atəşə tutub.

Yaralı əsgər xəstəxanaya yerləşdirilib.