İraqın şimalında 3 PKK terroçusu zərərsizləşdirilib

İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi xəbər verib.

Qeyd edilib ki, terrorçular Qara rayonunda pilotsuz uçuş aparatları vasitəsilə məhv edilib.

Beləliklə, Türk Silahlı Qüvvələrinin “Pençe Kartal-2” əməliyyatı çərçivəsində bölgədə məhv edilən PKK terrorçularının ümumi sayı 53-ə çatıb.

Qeyd edək ki, fevralın 10-da İraqın şimalında Qara rayonunda terrorçuları məhv etmək, sərhəd təhlükəsizliyini təmin etmək və əvvəllər terrorçular tərəfindən qaçırılan Türkiyə vətəndaşlarının axtarılması məqsədi ilə “Pençe Kartal-2” antiterror əməliyyatı başlanılıb.

Türkiyə Hərbi Hava Qüvvələrinin əməliyyatı çərçivəsində terrorçuların sığınacaq və anbar kimi istifadə etdikləri 50-dən çox obyekt məhv edilibş