İraqın aeroportu raketlərlə bombardman edildi

İraqın aeroportu raketlərlə bombardman edildi

Bağdad Beynəlxalq Hava limanı raket zərbələrinə məruz qalıb.

İraqın paytaxtından qərbdə yerləşən Əbu-Qreyb bölgəsindən 3 raket atılıb. Onlardan biri mülki ərazidəki dayanacağa düşüb. Nəticədə 4 avtomobilə ziyan dəyib.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. İlkin ehtimala görə, hava hücumunun hədəfi ABŞ və İraq hərbçilərinin yerləşdiyi ərazi olub.