İraqda partlayış törədilib

Xəbər - Orxan Nəbiyev – Trend:

İraqın paytaxtı Bağdadda partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində azı 1 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.


Partlayış şəhərin şərqində, bazarlardan birində törədilib. Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.