İraq məhkəməsi Trampın həbsi haqqında qərar çıxardı

İraq məhkəməsi ABŞ prezidenti Donald Trampın həbsi barədə qərar çıxarıb.

Yenicag.az “Haber Global”a istinadla xəbər verir ki, İraq məhkəməsi iranlı general Qasım Süleymani və Həşdi-Şabi qruplaşmasının liderinin köməkçisi Əbu Mehdi Mühəndisin öldürülməsi hadisəsi ilə bağlı ABŞ Prezidenti Donald Tramp barəsində həbs qərarı verib. Qərarı İraqın paytaxtı Bağdaddakı Rusafa İstintaq Məhkəməsi qəbul edib.

Xatırladaq ki, ötən ilin yanvarın 3-də ABŞ-ın Bağdad hava limanı yaxınlığına endirdiyi hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymani və Əbu Mehdi Mühəndis zərərsizləşdirilmişdi.

www.yenicag.az