İranlı biznesmen öldürüldü

İranlı biznesmen öldürüldü

İstanbulda aprelin 29-da axşam yerli vaxtla saat 20:15 radələrində peyklə fars dilində yayımlanan 17 telekanalı özündə birləşdirən GEM TV teleşirkətinin rəhbəri Səid Karimian və küveytli ortağı Əl-Muhtari öldürülüb.

İran əsilli britaniyalı iş adamı S. Karimian və ortağının olduğu avtomobilin qarşısı Maslakda “Cip” markalı avtomobilə kəsilib.

S. Karimiana məxsus avtomobil dayanıb və bu zaman qarşıdakı avtomobildən düşən iki nəfər atəş açmağa başlayıb. S. Karimian və ortağı hadisə yerinə həyatını itirib. Daha sonra cinayətkarlar sürətlə hadisə yerindən uzaqlaşıblar. Onların olduğu avtomobil Kemerburgaz yolunda yandırılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, Tehran məhkəməsi qiyabi olaraq S. Karimian barədə İran əleyhinə təbliğatla əlaqədar 6 il azadlıqdan məhrumetmə qərarı verib. S. Karimianın yaxınları bildiriblər ki, o son 3 ay ərzində İran hakimiyyətindən hədələr alıb və buna görə də yaxın vaxtlarda Londona qayıtmağı planlaşdırırmış.