İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir – Bayden

İranın uranı 60 faizə qədər zənginləşdirmək barədə qərarı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların keçirilməsinə kömək etmir.

AzerTimes-ın məlumatına görə, bunu ABŞ prezidenti Cozef Bayden Ağ Evdə Yaponiyanın baş naziri Yoşihide Suqa ilə birgə mətbuat konfransı zamanı deyib.

C.Bayden bildirib: “İranın uranı 60 faizə qədər zənginləşdirmək barədə qərarını dəstəkləmirik və bu qərarın danışıqlara kömək etdiyini düşünmürük. Bu razılaşmaya ziddir”.