İranın nüvə sazişi ilə bağlı danışıqların vaxtı dəyişdirilib

İranın nüvə sazişi üzrə Birgə Komissiyanın iclasının vaxtı dəyişdirilib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçı deyib.

Onun sözlərinə görə, danışıqlar aprelin 15-i keçiriləcək:

“Əvvəlki proqrama əsasən, “4+1″ formatında nüvə sazişi üzrə danışıqlar aprelin 14-ü keçirilməli idi. Lakin Avropa İttifaqının siyasi məsələlər üzrə nümayəndə heyətinin bir üzvünün koronavirusa yoluxması və tibbi protokollara riayət etmə ehtiyacı səbəbiylə bu iclas aprelin 15-i keçiriləcək”.