İrandan Azərbaycana külli miqdarda narkotik keçirən şəxs yaxalanıb

Xəbər - Samir Əli – Trend:

İrandan Azərbaycana külli miqdarda narkotik keçirən şəxs yaxalanıb.

AzerTimes-ın məlumatına görə, hadisə Biləsuvar rayonu ərazisində baş verib.

Biləsuvar Rərayon polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əcnəbi vətəndaş Ə.Rüstəmi saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 kiloqram 680 qram heroin, 2 kiloqram 785 qram metamfetamin, 145 qramdan artıq tiryək və 7 qramdan artıq metadon həbi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 234-cü və 318-ci maddələri ilə cinayət işi başlanıb.

Teqlər: