İranda yük qatarı aşıb: Yaralılar var

Xəbər - Elnur Bağışov – Trend:

İranın şimalında yerləşən Simnan vilayətində yük qatarı aşıb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Simnan Qırmızı Aypara Cəmiyyətinin sədri Müzəffər Məhəmmədxani jurnalistlərə açıqlamasında deyib.

M.Məhəmmədxaninin sözlərinə görə, Aradan-Sorxə arasında qatar relsdən çıxıb. Nəticədə maşinist və iki köməkçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.


Məhəmmədxani deyib ki, hadisəyə səbəb qatardakı texniki nasazlıq olub.
Faktla bağlı araşdırma aparılır.