İranda vertolyot qəzaya uğrayıb

Xəbər - Elnur Bağışov – Trend:

İranın qərbində yerləşən İlam vilayətində təcili yardım vertolyotu havaya qalxarkən aşağı yüksəklikdən qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bunu İranın İlam Şəhidlər Aeroportunun direktoru Cavad Yeganə deyib.

C.Yeganənin sözlərinə görə, təcili yardım vertolyotuna ciddi şəkildə ziyan dəyib. Qəzada vertolyotda olan 2 tibb işçisi və iki pilot xəsarət almayıb.


Yeganə deyib ki, hazırda vertolyot İlam şəhərində uçuş zolağındadır və hadisənin baş verməsi səbəbi araşdırılır.