İranda terrorçular tərəfindən partlayış törədilib, ölən və yaralananlar var

İranın cənub-şərqində terrorçular tərəfindən partlayış törədilib.

AzerTimes-ın məlumatına görə, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, partlayış Sistan və Bəluçestan vilayətininin Saravan rayonunun yaşayış məntəqələrindən birində yerli vaxtla təxminən saat 09:30-da törüədilib.

Bildirilir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Yaşayış məntəqəsinin və partlayışı törədən terror qruplaşmasının adı açıqlanmır.