İranda sutka ərzində koronavirusdan 170 nəfər ölüb

Xəbər - Elnur Bağışov – AzerTimes:

İranda ötən sutka ərzində 170 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 80 658 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 9 657 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 945 100 nəfərə çatıb. Virus daşıyıcılarından 4 005 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 2 508 907 nəfər koronavirusdan sağalıb, 20,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 4,56 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,03 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 532 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 16 rayon qırmızı və 201 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 231 rayon sarı zona hesab olunur.