İranda sutka ərzində koronavirusdan 161 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 161 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 80 488 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 620 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 935 443 nəfərə çatıb. Virus daşıyıcılarından 4 005 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 2 494 108 nəfər koronavirusdan sağalıb, 20,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 4,44 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3,91 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 530 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 13 şəhər qırmızı və 214 şəhər narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan şəhərlərə gediş-gəliş qadağandır. Bundan başqa 221 şəhər sarı zona hesab olunur.