İranda sel daşqınlarında 41 ölü

İranda sel daşqınlarında  41 ölü

İranın Şərqi və Qərbi Azərbaycan, eləcədə Ərdəbil ostanlarında baş vermiş təbii fəlakətlə əlaqədar Prezident Həsən Ruhani bu ostandarların rəhbərlərindən telefonla məlumat alıb.

İran prezidentinin administrasiyasından verilən məlumata görə, prezidentə məruzə edilib ki, güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində həlak olan 41 nəfərin cəsədi tapılıb, itkin düşənlərin axtarışı davam etdirilir.

Prezident ostanların rəhbərlərinə axtarışların sürətləndirilməsi, ordunun bu işə cəlb edilməsi, dəymiş zərərin dəqiqləşdirilməsi barədə tapşırıqlar verib. Həsən Ruhani sel zamanı həlak olanların ailəsinə yardım göstəriləcəyini və tezliklə bərpa işlərinə başlanılacağını bildirib.

İranın enerji naziri Həmid Çitçiyanın rəhbərliyi ilə məsələləri yerində araşdırmaq üçün fəlakət bölgəsinə nümayəndə heyəti göndərilib.