İranda qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Dezful Hərbi Hava bazasında İran ordusuna məxsus “Northrop F 5” qırıcı təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verir.

Məlumata görə, qəza nəticəsində təyyarənin hər iki pilotu ölüb.


Dezful Hərbi Hava bazası İranın çevik reaksiya bazasıdır.

Qeyd edək ki, hələlik hadisə ilə əlaqədar rəsmi açıqlama verilməyib.