İranda ötən sutkada 7,5 min nəfər koronavirusa yoluxub, 75 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 75 nəfər koronavirusdan (COVID 19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61 724 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 540 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 793 805 nəfərə çatıb. Virus daşıyıcılarından 3 849 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 536 606 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 12 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 9 rayon qırmızı, 31 rayon narıncı, 295 rayon sarı, 113 rayon isə mavi zona hesab olunur.