İranda ötən sutka ərzində 454 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 454 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 69 574 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 19 165 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 396 204 nəfərə çatıb. Virus daşıyıcılarından 5 206 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 877 517 nəfər koronavirusdan sağalıb, 15,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 784 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 618 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 166 min təşkil edir.