İranda ötən sutka 73 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 73 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61 142 nəfərə yüksəlib.


Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 802 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 739 360 nəfərə çatıb. Virus daşıyıcılarından 3 836 nəfərin vəziyyəti ağırdır.

Ölkədə indiyədək 1 485 179 nəfər koronavirusdan sağalıb, 11,6 milyondan çox diaqnoz testi həyata keçirilib.