İranda ötən sutka 7,3 min nəfər koronavirusa yoluxub, 80 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 80 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 61 877 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 357 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 1 808 422 nəfərə çatıb. Virus daşıyıcılarından 3 861 nəfərin vəziyyəti ağırdır.

S.Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 549 649 nəfər koronavirusdan sağalıb, 12,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 12 rayon qırmızı, 39 rayon narıncı, 295 rayon sarı, 113 rayon isə mavi zona hesab olunur.