İranda koronavirusdan ölənlərin sayı 69 min nəfəri keçib

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 374 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 69 120 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 18 230 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 377 039 nəfərə çatıb. Virus daşıyıcılarından 5 156 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 1 863 405 nəfər koronavirusdan sağalıb, 15 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 741 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 584 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 157 min təşkil edir.