İranda ilk elektrobus istifadəyə verilib

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün Məşhəd şəhərində İranın istehsal etdiyi ilk elektrobus istifadəyə verilib.

AzerTimes-ın məlumatına görə, İranda ilk elektrobus İranın Mapna Şirkətlər Qrupu tərəfindən istehsal olunub. Elektrobusun uzunluğu 12 metrdir və 19,5 ton tutumu var. Elektrobus gündə bir dəfə elektrik enerjisi ehtiyatı ilə təxminən 300 kilometr məsafəni qət edə bilər.

Elektrobusun istifadəyə verilməsi ilə əlaqədar tədbirdə çıxış edən Məşhəd Şəhər Bələdiyyəsinin sədri Məhəmməd Rza Kəlai deyib ki, Məşhəd Şəhər Bələdiyyəsi ilə Mapna Şirkətlər Qrupu arasında 100 elektrobusun düzəldilməsi ilə əlaqədar müqavilə imzalanıb.

Müqavilə əsasında bu il 10 elektrobus Məşhəd Şəhər Bələdiyyəsinə təhvil veriləcək.