İranda güclü partlayış oldu

İranda güclü partlayış oldu

İranın Şiraz şəhərində güclü partlayış baş verib. Partlayış yerli vaxtla saat 01:00 radələrində ticarət mərkəzlərinin birində qeydə alınıb.

Hadisə gecə saatlarında 1,5 milyon insan yaşayan şəhərdəki super marketlərdən birində olub. Məlumata görə, ən azı 35 nəfər yaralanıb. Onlar ciddi yanıq xəsarətləri alıblar.

Partlayışdan sonra yanğın başlayıb.

Güclü partlayış və yanğın nəinki mağazanın binasına, həmçinin yaxınlıqdakı evlərə və banka da ciddi ziyan vurub.

Hadisənin səbəbi hələ də bəlli deyil.