İranda gəmiqayırma zavodunda güclü yanğın oldu

İranda gəmiqayırma zavodunda güclü yanğın oldu

İranın Buşəhr şəhərində gəmiqayırma zavodunda güclü yanğın baş verib.

Təngək bölgəsində yerləşən zavodda meydana gələn güclü yanğını söndürmək üçün əraziyə Buşəhr və digər bölgələrdən yanğınsöndürənlər cəlb olunub.

Zavoda ciddi ziyan dəysə də hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.