İranda daha 610 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 610 nəfər koronavirusdan (COVID-19) ölüb, 25 870 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 110 674 nəfərə,

yoluxanların sayı isə 5 129 407 nəfərə çatıb. Virus daşıyıcılarından 7 689 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 362 814 nəfər koronavirusdan sağalıb, 29,4 milyondan çox diaqnoz testi həyata keçirilib.


Ümumilikdə, İranda təxminən 29,1 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 19,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 9,68 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 246 rayon qırmızı, 144 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 58 rayon sarı zona hesab olunur.

Twitter:@BaghishovElnur