İranda çirkin müəllimələr məktəbə buraxılmayacaq

İranda çirkin müəllimələr məktəbə buraxılmayacaq

İranda Təhsil nazirliyi xəstə və fiziki cəhətdən qüsurlu müəllimlərin məktəbə buraxılmamasını əks etdirən qərar qəbul edib.

Çəpğözlülük, üzdə tüklərin çox olması, civzələrin və yaraların olması, çapıq yerləri və digər bu kimi zahiri görünüşə xələl gətirən cizgilərə malik pedaqoqlar məktəbə buraxılmayacaq.

Bununla yanaşı, siyahida göbələk xəstəliyi, qadın sonsuzluğu, piylənmə və digərləri də var.

Yerli fəallar bunu etirazla qarşılayır. Onların fikrincə, bu, insan hüquqlarının kobud surətdə pozulmasıdır.