İranda Çin vaksininin istifadəsinə icazə verilib

Xəbər - Orxan Nəbiyev – AzerTimes:

İran hökuməti Çinin “Sinopharm” şirkətinin koronavirusa qarşı vaksininin ölkədə istifadəsinə icazə verib.

AzerTimes-ın məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Kiyanuş Cahanpur öz “Twitter” səhifəsində yazıb.


Qeyd olunub ki, Çin İrana ilkin olaraq 250 min doza vaksin ayırıb. Vaksinlər yaxın zamanlarda İrana göndəriləcək.