İran və İraq sərhədində güclü zəlzələ baş verdi

İran və İraq sərhədində güclü zəlzələ baş verdi

İran-İraq sərhədində 5 bal gücündə zəlzələ olub.

Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri İraqın paytaxtı Bağdaddan 121 km şimali-şərqdə, ocağı isə 48 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.