İran tərəfdən açılan atəş türk kəşfiyyatçı əsgərini öldürdü

İran tərəfdən açılan atəş türk kəşfiyyatçı əsgərini öldürdü

Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə ordusunun əsgəri Hakkari / Yüksekova sərhəd bölgəsində həyata keçirilən kəşfiyyat və nəzarət fəaliyyəti zamanı İran istiqamətindən açılan atəş nəticəsində yaralanıb. Təcili şəkildə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq əsgər keçinib.”, – məlumatda bildirilib.