İran səfiri Anar Kərimovla ilə görüşüb (FOTO)

Xəbər - Elnur Bağışov – Trend:

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə İran səfiri özünün Twitter səhifəsində paylaşım edib.

S.A.Musəvinin sözlərinə görə, görüşdə ikitərəfli əməkdaşlıqlar, mədəni mübadilələr, birgə mədəni irs, əməkdaşlıq sənədlərinin müddətinin uzadılması, kitab sərgiləri, film və musiqi əməkdaşlıqları üzrə danışıqlar aparılıb.

Görüşdə həmçinin Qarabağda tarixi və dini abidələrin bərpası müzakirə olunub.

Teqlər: