İran “Remdesivir” preparatının istehsalına başlayır

İran “Remdesivir” preparatının istehsalına başlayır

İran gələn həftədən etibarən koronavirusun müalicəsində istifadə olunan “Remdesivir” preparatının istehsalına başlayacaq.

Bu barədə İranın Səhiyyə naziri Səid Nəməki açıqlama verib. O bildirib ki, hazırda koronavirusa qarşı heç bir təsdiqlənmiş və effektiv dərmanın olmamasına baxmayaraq “Remdesivir” preparatı ABŞ və Avropada koronavirus xəstələrinin müalicəsində istifadə olunur.

Nəməki bildirib ki, preparatdan ölkədə kifayət qədər olsa da gələn həftədən etibarən dərmanın yerli istehsalının başladılması planlaşdırılır.

Nazir həmçinin bildirib ki, İranda koronavirusun sürətlə yayılması səbəbilə yeni məhdudiyyətlər tətbiq olunur və əgər bu təsir göstərməsə, qaydaların sərtləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, ötən gün İran prezidenti Həsən Ruhani, ölkədə koronavirus epidemiyasının ikinci dalğasının başladığını bildirmişdi.