İran prezidenti ölkədə koronavirusun dördüncü dalğasının başladığını elan edib

İranın iki əyalətində koronavirusun dördüncü dalğası başlayıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani deyib.

H.Ruhani bildirib: “Təəssüf ki, iki əyalətdə dördüncü dalğa başlayıb və tibbi protokollara əməl dilməsə bir sıra digər əyalətlərdə də başlaya bilər”.

İran prezidenti dördüncü dalğanın başladığı əyalətlərin adını açıqlamayıb.